“Real”dan addım-addım “Beşiktaş”a
30.12.2025 - 17:14
"Real Madrid"in müdafiəçisi Raul Asensio qışda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, ispaniyalı futbolçu ilə "Beşiktaş" yaxından maraqlanır.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul klubu 22 yaşlı oyunçunu mövsümün sonuna kimi icarə əsasında heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Raul bu mövsüm "Real"ın heyətində 17 rəsmi matçda meydana çıxıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0