“Real” növbəti mövsüm üçün planlaşdırmaya start verib.
Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisi "Mançester Siti"nin hücumçusu Xulian Alvaresin xidmətində maraqlıdır.
23 yaşlı futbolçunun transferinin yollarını araşdıran “Kral klubu” onu gələn ilin yayında transfer etməyə çalışacaq. Hazırda hücum xəttinə düşünülən əsas isim Killian Mbappe olsa da, fransızın alternativi kimi məhz Alvares göstərilir.
Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasında 7 matça çıxan Xulian 2 qol və 1 assistlə yadda qalıb. Forvardın "Mançester Siti" ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”