Rodriqo əməliyyat olundu
10.03.2026 - 16:58
Rodriqo əməliyyat olundu

"Real"da daha bir itki yaşanıb.

Apasport.az xəbər verir ki, Rodriqo əməliyyatı olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat "Real"ın tibbi heyətinin nəzarəti altında həyata keçirilib. Rodriqo yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq.

25 yaşlı hücumçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, La Liqasının XXVI turunun "Xetafe" ilə matçında (0:1) zədələnib.