“Roma” azarkeşləri futbolçunun cəriməsini ödəmək üçün pul yığıblar
11.04.2024 - 17:57
Ötən həftə A Seriyasında “Roma” və “Latsio” arasında derbi baş tutub.
Apasport.az xəbər verir ki, “qurdlar” 1:0 hesablı qələbəni bayram edib, yeganə qolu Canluka Mançini vurub.
Oyundan sonra Mançini klubun rənglərində siçovul şəkli olan bayrağı dalğalandıraraq "Latsio"nu təhqir edib. Bu hərəkətinə görə Mançini 5 min avro cərimələnib.
“Roma” azarkeşləri Mançiniyə qarşı cəriməni ödəmək üçün ianə aksiyası keçirmək qərarına gəliblər. Nəticədə, 8 min avro toplanıb. Oyunçu onları qəbul etməsə, pul xeyriyyəçiliyə göndəriləcək.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
0
0