Ronaldo dünya evinə girdi - FOTO
26.09.2023 - 17:17
Ronaldo subaylığın daşını atıb.
Apasport.az saytı xəbər verir ki, Braziliya futbolunun əfsanələrindən olan 47 yaşlı futbolçu model sevgilisi Selina Luk ilə nigah masasına oturub.
“Yekədiş” ləqəbli futbolçu hələ yanvar ayında 8 illik sevgilisinə evlənmə təklif etmişdi. Model xanım isə onun bu təklifinə sosial şəbəkədə portuqal dilində “səni sevirəm, Ronaldo” yazaraq müsbət cavab vermişdi.
Qeyd edək ki, cütlüyün nigah mərasimi İspaniyanın İbiza adasında baş tutub.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0