
Dünya ulduzu Kristiano Ronaldo La Liqa klubunu satın almaq istəyir.
Apasport.az "Marca"ya istinadla xəbər verir ki, Ronaldo hazırda çətin günlər yaşayan "Valensiya"nın səhmdarlarından biri olmaq istəyir.
Mənbənin sözlərinə görə, portuqaliyalı artıq bu yolda bir neçə addım atıb. İddialara görə, Ronalda klubun səhmlərini almaq üçün danışıqlara başlayıb.
Klub sahibi Peter Lim satışdan 400 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, La Liqanın qaydalarına görə, futbolçunun çıxış etdiyi və prezident olduğu klublar bir-biri ilə birbaşa rəqib olmamalıdır. Yalnız bu halda satış reallaşa bilər.