Kriştiano Ronaldo yenidən “Santiaqo Bernabeu” satdionunda meydana çıxa bilər.
Apasport.az xəbər verir ki, bu barədə ərəb mediasında yazılan xəbərlərdə bildirilir.
İddialara görə, Madrid “Real”ı stadionunun yenidənqurmadan sonrakı açılş oyununda portuqaliyalı uldzun formasını geyindiyi “Əl-Nəsr” klubu ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Bu məqsədlə Səudiyyə Ərəbistanı təmsilçisinə dəvət göndərən “kral klubu”nun hansı cavabı aldığı bəlli deyil.
Qeyd edək ki, sözügedən arena 2019-cu ildən yenidən qurulur. İşlərin cari mövsümün sonu və ya 2025-ci ilin əvvəlinə kimi yekunlaşması gözlənilir.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər