Kriştiano Ronaldo keçmiş komandası “Yuventus”u məhkəməyə verir.
Apasport.az saytı xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu maaş borcuna görə 2018-2021-ci illərdə formasını geyindiyi Turin klubundan şikayətçidir.
Portuqaliya millisinin kapitanı “ağ-qaralar”la gizli müqaviləsinin olduğunu və koronavirus pandemiyası zamanı verilməsi təxirə salınan 19,9 milyon avronu hələ də ala bilmədiyini iddia edir. 38 yaşlı forvard Turin prokurorluğundan “Yuve”ni məhkəməyə vermək üçün sənədlər tələb edib.
Qeyd edək ki, komandanın keçmiş müdafiəçisi Leonardo Bonuççi də klub rəsmilərinin onun imicinə xələl gətirdiyini deyərək “Yuventus”dan şikayətçi olmağa hazırlaşır.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”