"Sabah" serbiyalı legioneri ilə yollarını ayırıb
08.01.2026 - 13:31
"Sabah" futbolçusu Neqoş Kupusoviçlə yolları ayırıb.
Apasport.az xəbər verir ki, serbiyalı legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
N.Kupusoviç 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı.
O, komandada 29 oyun keçirib.
0
0