Salah Afrika Millətlər Kubokunda qol seriyasını davam etdirir
06.01.2026 - 09:32
Salah Afrika Millətlər Kubokunda qol seriyasını davam etdirir

“Liverpul” və Misir millisinin futbolçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunda məhsuldarlığını davam etdirir.

Apasport.az xəbər verir ki, Salah turnirdə ardıcıl üçüncü matçında da qol sevinci yaşayıb.

1/8 final mərhələsində Misir yığması əlavə vaxtda Benini 3:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın hesabını təyin edən qolu Salah 124-cü dəqiqədə vurub. Bununla da misirli futbolçunun hazırkı Afrika Millətlər Kubokunda keçirdiyi üç oyunda vurduğu qolların sayı üçə yüksəlib.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir və onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.