Samuel Eto barədə FİFA-ya şikayət
28.09.2023 - 17:48
Samuel Eto korrupsiyada ittiham olunur.
Apasport.az saytı xəbər verir ki, Kamerun futbol liqasının rəhbərliyi FİFA prezidenti Canni İnfantinoya məktub göndərərək, veteran futbolçunun tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb ediblər.
Onlar Kamerun futbol federasiyası prezidentini korrupsiya ilə yanaşı, danışılmış oyunlar təşkil etməkdə ittiham edirlər. Ali futbol qurumu hələlik müraciətə cavab verməyib.
Qeyd edək ki, Eto 2021-ci ilin dekabr ayından sözügedən qurumun rəhbəri postunu tutur.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0