İngiltərə yığmasının baş məşqçisi Qaret Sautgeyi VAR-dan narazıdır.
Apasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis texnologiya deyil, hakimlərin meydanda qərar verməsini daha məqsədəuyğun sayır.
Sautgeyt Millətlər Liqasında Hollandiya ilə yarımfinal oyununu nümunə göstərib. İngilis mütəxəssis Jessi Linqardın qolunun ləğvi zamanı verilən qərardan əmin olmadığını qeyd edib. O, bir daha texnologiyanın köməyi olmadan qərarların qəbul olunacağına inanmadığını deyib.
Qeyd edək ki, VAR-ın Linqardın qolunu ləğv etdiyi oyunda Niderland yığması 3:1 hesabı ilə qələbə qazanıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab