Saxta adla həvəskar komandada oyuna çıxdı
19.09.2023 - 15:47
MLS-də kuryoz hadisə baş verib.
Apasport.az saytı xəbər verir ki, çempionatda iştirak edən “Monreal” komandasının üzvü Matko Milyeviçin müqaviləsinə xitam verilib.
Açıqlamada futbolçunun müqavilə qaydalarına zidd hərəkət etdiyi, bu səbəbdən də komandadan uzaqlaşdırıldığı bildirilir. Belə ki, 22 yaşlı amerikalı oyunçu dostuna aid bir həvəskar komandada saxta adla 3 matçda 6 qol vurub. Hətta bir qarşılaşmada rəqib futbolçunu vurduğu da iddia edilən Matko yarışlardan uzaqlaşdırılıb.
Qeyd edək ki, 2021-ci ildən “Monreal”ın şərəfini qoruyan Milyeviç bu mövsüm 8 oyunda iştirak edib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0