"Sevilya" "Tottenhem"in hücumçusunu heyətinə qatmaq istəyir
01.02.2024 - 15:59
İspaniyanın “Sevilya” klubu yayda London komandasına qoşulan “Tottenhem”in hücumçusu Aleixo Velizə göz dikib.
Apasport.az xəbər verir ki, “Sevilya” 20 yaşlı argentinalını satın alma opsiyonu olmadan icarəyə götürmək istəyir.
"Tottenham" icarə müqaviləsi ilə razılaşa bilər, çünki Velis müntəzəm oyun təcrübəsi əldə etmək istəyir.
Klublar arasında danışıqlar davam edir, hələ ki, razılıq əldə olunmayıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının cari mövsümündə Velis 8 matçda 1 qol vurub. Hücumçu əvvəllər Argentinada "Rosario Sentral"da çıxış edib.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0