Smit-Rou “Arsenal”dan gedir
30.09.2023 - 14:41
Qış transfer pəncərəsində “Arsenal”dan ayrılacağı gözlənilən futbolçulardan biri bəlli olub.
Apasport.az saytının məlumatına görə, Emil Smit-Rou İngiltərə klubu ilə vidalaşmağa hazırlaşır.
Oyun praktikası qazanmaqda çətinlik çəkən yarımmüdafiəçi bu durumdan narazıdır. Emil yanvaradək vəziyyətin dəyişməsini gözləyəcək. O, heyətə düşməyi bacarmasa, özünə yeni komanda axtaracaq.
Qeyd edək ki, Smit-Rounun xidmətində “Everton”, “Kristal Pelas” və “Aston Villa” maraqlıdır.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0