"Spartak"ın baş direktoru Oleq Malışev bildirib ki, klub hazırda hücumçu Kvinsi Promesin maaşını ödəmir.
Apasport.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:
"Vəziyyətə görə onun komandada olmamasından narazıyıq. Bəzi sanksiyalar tətbiq oluna bilər. Müqavilənin şərtlərinə görə, o, komandanın heyətində deyilsə, ona ödəniş olunmur".
Qeyd edək ki, futbolçu Niderland prokurorluğunun tələbi ilə martın ortalarında Dubayda həbs edilib və hazırda BƏƏ-də həbsdədir. Fevral ayında Amsterdam məhkəməsi futbolçunu narkotik qaçaqmalçılığı ittihamı ilə təqsirli bilib və altı il müddətinə azadlıqdan məhrum edib.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı