"Spartak"ın yeni baş məşqçisi açıqlanıb
06.01.2026 - 13:38
Moskva "Spartak"ının yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisini Xuan Karlos çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə 2028-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Xuan Karlosun son iş yeri "Pafos" olub. 52 yaşlı məşqçi yanvarın 4-də Kipr klubundan ayrılıb.
0
0