"Sportinq" evdə "Benfika"nı məğlub etdi
07.04.2024 - 09:46
Portuqaliya çempionatının 28-ci turu çərçivəsində "Sportinq" doğma meydanda "Benfika"nı qəbul edib.
Apasport.az xəbər verir ki, komandalar arasındakı görüş "Sportinq"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk dəqiqələrdə "Sportinq"in yarımmüdafiəçisi Jeni Katamo hesabı açıb. İlk hissənin sonunda "Benfika"nın müdafiəçisi Aleksandr Baxın başla zərbəsi dəqiq alınıb. Katamo ikinci hissədə dubla imza ataraq komandasına 3 xalı qazandırıb.
Qeyd edək ki, "Sportinq" 71 xalla turnir cədvəlinə liderlik edir. "Benfika" isə liderdən 4 xal geri qalır.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
0
0