Ter Ştegen La Liqada klubunu dəyişməyə yaxındır
29.12.2025 - 14:38
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komandasını dəyişməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.
33 yaşlı qolkiperin yeni ünvanı İspaniyanın digər təmsilçisi – “Jirona” ola bilər. Klub əsas heyətdə yerini itirmiş Ter Ştegenin transferində ciddi şəkildə maraqlıdır və tərəflər arasında razılaşma yanvar transfer pəncərəsində baş tuta bilər.
Almaniyalı futbolçu 2014-cü ilin yayından etibarən “Barselona”nın şərəfini qoruyur. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0