Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçenzo Montella ilə bağlı yekun qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, qurumun prezidenti İbrahim Hacıosmanoğlu italiyalı mütəxəssisin gələcəyi barədə danışarkən onunla əməkdaşlığın davam etdiriləcəyini bildirib.
O, Montella ilə uzunmüddətli müqavilələrinin olduğunu vurğulayıb: “Kosovo ilə oyunda məğlub olsaydıq belə, yenə də onunla davam edəcəkdik. Mən federasiyanın başında olduğum müddətdə baş məşqçimiz odur. Bu milli komandanı o qurub, ailə mühitini o yaradıb. Ümid edirik ki, komandanın başında qalacaq”.
Qeyd edək ki, Vinçenzo Montella 2023-cü ildə baş məşqçi təyin olunduğu Türkiyə millisi ilə əvvəlcə Avropa çempionatına, daha sonra isə dünya çempionatına vəsiqə qazanıb.
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı