Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu vacib açıqlamalar verib.
Apasport.az xəbər verir ki, o, Süper Liqanın XIV turunda keçirilən "Fənərbaxça" - "Qalatasaray" derbisi barədə bunları söyləyib:
“Qalatasaray"ın prezidenti Dursun Özbek və vitse-prezident Abdullah Kavukçu gəlib bizimlə görüşdülər. "Fənərbaxça" oyunu ilə bağlı şikayətləri var idi. Matçda bir epizod var ki, hakim sarı vərəqə göstərməyib. Amma həmin məqamda etiraz etməli olan tərəf "Fənərbaxça"dır. Çünki "Fənərbaxça" səkkiz futbolçu ilə hücuma çıxarkən hakim oyunu saxlayıb yerdə qalan futbolçunun yanına getdi. Derbi oyunlarında çox şeylər görmüşük, hansı qərarların verildiyini bilirik. Bu məsələdən ən çox zərər çəkən klub prezidenti də mən olmuşam. İnsanlar buna bu prizmadan baxmalıdır. Bildirmək istəyirəm ki, hakim matçın nəticəsinə təsir göstərməyib. Bizi əvvəlki rəhbərliklərlə qarışdırmasınlar. Biz düzgün qərarlar verməyə borcluyuq. Kimlərinsə gözünə girmək, burada uzun müddət qalmaq kimi dərdimiz yoxdur. Allah bizi yanlış qərar verməkdən qorusun”.
Qeyd edək ki, Kadıköydə baş tutan İstanbul derbisində qalib müəyyənləşməyib - 1:1.
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
- Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib
- “Fənərbaxça” şikayət etmişdi: UEFA "Qalatasaray"ın oyununa göndərdi
- Qarnaçodan "Yunayted"liləri qıcıqlandıran açıqlama: "Doğru an və doğru klub..."
- UFC prezidentindən Tsarukyana: "Öz işiylə məşğul olsun"