“Neftçi” mübarizəyə start verir - YENİLƏNİR
23.09.2026 - 10:58
Bu gün “Neftçi” baksetbol komandası FIBA Avropa Kubokunda mübarizəyə start verəcək.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” təsnifat mərhələsində Estoniya “Parnu”su ilə üz-üzə gələcək.
Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsində mübarizə aparacaq. Güclü tərəf H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv”ə (Plovdiv, Bolqarıstan) rəqib olacaq.
Qeyd edək ki, cavba görüşü sentyabrın 30-da keçiriləcək.
1
0