
"Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra komandasından ayrıla bilər.
Apasport.az xəbər verir ki, Torreyra Argentina klubuna keçmək istəyir.
Argentina təmsilçilərindən "Boka Xuniors" 29 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Torreyra "Boka Xuniors"la bu il ilk dəfə keçiriləcək FIFA Klublararası Dünya Çempionatında çıxış etmək istəyir.
Yay transfer dönəmində futbolçunun transferinin tamamlanacağı gözlənilir.
Torreyranın "Qalatasaray"la müqaviləsi 2026-cı ilə qədərdir. "Sarı-qırmızılı" forma ilə bu mövsüm 38 matçda forma geyinən Torreyra 1 qol vurub, 7 məhsuldar ötürmə edib.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?