“Tottenhem”də ayrılıq yaxınlaşır
12.03.2026 - 15:52
“Tottenhem”də ayrılıq yaxınlaşır

“Tottenhem” ayrılıq yaşanmağa yaxındır.

Apasport.az xəbər verir ki, klub baş məşqçisi İqor Tudorla vidalaşa bilər.

London təmsilçisinin rəhbərliyi mütəxəssisin işindən narazıdır.

Komanda növbəti 6 matçda uğurlu nəticə göstərməsə, Tudorun işinə son veriləcək. 

Qeyd edək ki, “Tottenhem” Çempionlar Liqasında “Atletiko”ya 2:5 hesabıyla uduzub.