Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
22.04.2025 - 11:42
Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"?   - YENİLƏNİR

Bu gün Türkiyə kubokunda yarımfinal oyunlarına start veriləcək.

Apasport.az xəbər verir ki, 2024/25 mövsümünün yarımfinal mərhələsinin ilk oyun günündə "Konyaspor" evdə "Qalatasaray"ı qəbul edəcək. 

Bakı vaxtilə saat 21:30-da başlayacaq qarşılaşmanı Abdullah Buğra Taşkınsoy idarə edəcək.

Qeyd edək ki, bu görüşdə qələbə qazanan komanda adını finala yazdıracaq. 

Türkiyə kuboku

Yarımfinal

22 aprel

21:30. "Konyaspor" - "Qalatasaray"

Baş hakim: Abdullah Buğra Taşkınsoy