"Venesiya" ilə aşağı liqaya düşdü, Seriya A klubuna baş məşqçi təyin edildi
26.06.2025 - 19:55
"Venesiya" ilə aşağı liqaya düşdü, Seriya A klubuna baş məşqçi təyin edildi

İtaliyalı məşqçi Eysebio Di Françesko "Leççe"nin baş məşqçisi olub.

Apasport.az xəbər verir ki, mütəxəssislə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Di Françesko ötən mövsüm "Venesiya"nı çalışdırırdı. B seriyasına düşən klub A Seriyasında möhkəmlənə bilməyib.

Françesko məşqçilik karyerası ərzində İtaliyanın “Sassuolo”, “Roma”, “Sampdoria” və digər klublarını çalışdırıb.