Verratti Qətər klubuna keçəcək
30.08.2023 - 10:32
PSJ-nin futbolçusu Marko Verratti karyerasını Qətərdə davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanından da təkliflər alan italiyalı yarımmüdafiəçi Asiyanın digər ölkəsini təmsil edən “Əl-Ərəbi”nin maraq dairəsindədir.
Bir neçə gün davam edən danışıqlardan sonra keçidin rəsmiləşəcəyi gözlənilir. Qətər klubu transfer üçün 45 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, transferin gerçəkləşməsi üçün futbolçunun şəxsi müqaviləsi də razılaşdırılrmalıdır.
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
1
0