“Vest Hem”in hücumçusu Premyer Liqa klublarının hədəfində
10.01.2024 - 21:20
“Vest Hem”in hücumçusu Məhəmməd Səid Benrahma komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, o, İngiltərə klublarının diqqət mərkəzinə düşüb.
"Brentford" cari qış transfer pəncərəsində forvardı heyətinə qatmaq niyyətindədir. Həmçinin, “Fulhem” və “Vulverhempton” da 28 yaşlı futbolçu uğrunda mübarizə aparmağa hazırdır.
Qeyd edək ki, o, 2021-ci ilin yanvarında "Vest Hem"ə qoşulub.
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0