VI Liqada çıxış edirdi, milliyə çağırıldı
12.12.2025 - 16:29
VI Liqada çıxış edirdi, milliyə çağırıldı

Kamerun milli komandasının baş məşqçisi David Paqu Afrika Millətlər Kubokundan əvvəl sensasiyalı addım atıb.

Apasport.az xəbər verir ki, mütəxəssis Braziliyanın VI liqasında çıxış edən futbolçunu yığmaya dəvət edib.

Söhbət 25 yaşlı yarımmüdafiəçi Arnold Mael Kamdemdən gedir. O, hazırda Mato Qrosso əyalətinin aşağı divizionunda mübarizə aparan “Sinop”un futbolçusudur.

Qeyd edək ki, Kamerun Futbol Federasiyası indiyədək ölkə xaricində bu qədər aşağı liqada çıxış edən futbolçunu milli komandaya çağırmayıb.