Braziliya millisinin futbolçusu Vinisius Junior “Real”la vidalaşmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, braziliyalı hücumçu İspaniya klubuna transfer olunacağı gözlənilən Kilian Mbappe ilə eyni komandada çıxış etmək istəmir.
PSJ-nin fransalı forvardının keçidi baş tutsa, Vinisius Madrid təmsilçisini tərk edəcək. Buna səbəb cənubi amerikalının “Qızıl top” arzusudur.
Vinisius bu mükafatı qazanmağa can atır. O, “Real”da “Qızıl top”a daha bir potensial iddiaçının olmasını istəmir. Çünki belə olması ilə arzusuna çatmaq ehtimalı xeyli aşağı düşəcək. Mbappeni transfer hədəfi hesab edən “Real” rəhbərliyi bu şərt qarşısında seçim etmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, vinger 2018-ci ildən çıxış etdiyi “Real”da 231 oyunda 61 qol vurub.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab