“Liverpul”un futbolçusu Florian Virtz İngiltərə karyerasında ilk qolunu vurub.
Apasport.az xəbər verir ki, alman yarımmüdafiəçi Premyer Liqanın 18-ci turu çərçivəsində “Vulverhempton”a (2:1) qarşı keçirilən oyunda fərqlənib. 22 yaşlı futbolçu matçın ilk hissəsində rəqib qapısına yol taparaq “Liverpul” forması ilə liqadakı ilk qoluna imza atıb.
Bu qarşılaşma Virtz üçün Premyer Liqada 17-ci oyun olub. O, bundan əvvəl çempionatda yalnız 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Qeyd edək ki, Florian Virtz cari mövsümdə “Liverpul”un heyətində bütün turnirlər üzrə 23 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”