“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer”in baş məşqçisi Xabi Alonso ilə müqaviləsində olan detallardan biri bəlli olub.
Apasport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis mövsümün sonunda müqaviləsini pozmaq hüququna malikdir.
Bu, anlaşmadakı xüsusi bənddə öz əksini tapıb. İspaniyalı çalışdırıcı yalnız üç klubdan birinə keçə bilər. Əgər Xabi Alonso “Real”, “Bavariya” və ya “Liverpul”dan birinə baş məşqçi təyin edilsə, Leverkuzen klubu ilə müqaviləsini pozmaq hüququ qazanacaq.
Onun anlaşması 2026-cı ilin yayına qədər nəzərdə tutulub. İspaniyalı mütəxəssis 2022-ci ilin oktyabrından indiki klubunda çalışır.
Qeyd edək ki, Xabi Alonso 2024-cü ilin yayında gedə biləcəyi hər üç klubda futbolçu kimi çıxış edib. O, “Real” (2009-14), “Liverpul” (2004-09) və “Bavariya”nın (2014-17) formasını geyinib.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab