"Bayer Leverkuzen"də işinə davam edəcəyini açıqlayan Xabi Alonso Karlo Ançelottidən sonra "Real Madrid"i çalışdırmaq istəyir.
Apasport.az "Marca" nəşrinə istinadla xəbər verir ki, Alonsonun bu səbəbdən Leverkuzendən ayrılmaq istəmədiyi və komandada qalmağa üstünlük verdiyi bildirilib.
Xabi Alonso qərarını açıqlamadan əvvəl onun adı bir çox komanda ilə hallanırdı.
Mövsümün sonunda Yurgen Kloppla yollarını ayıran "Liverpul"un siyahısının başında olduğu deyilən Xabi Alonso Bundesliqa nəhəngi "Bavariya"nın da gündəmində idi.
Lakin Xabi Alonsonun arzusunun 2026-cı ildə "Real Madrid"i çalışdırmaq olduğu bildirilib.
Qeyd olunub ki, Karlo Ançelottinin müqaviləsi 2026-cı ildə bitəcəyi üçün Alonso belə qərar verib.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı