"Pley-off mərhələsində bu cür səhvləri təkrarlaya bilmərik".
Apasport.az xəbər verir ki, bunu “Barselona”nın baş məşqçisi Xavi “Osasuna” ilə baş tutacaq yarımfinal matçından öncə jurnalistlərə açıqlamasında deyib.
43 yaşlı çalışdırıcı komandasının vəziyyətini belə şərh edib: “Rəqiblərimizə “hədiyyə” verməməliyik. Bəli, evdə matçları çətinləşdirən müəyyən səhvlərimiz oldu. Amma biz onları tədricən aradan qaldırmaq üçün çalışırıq. Son oyunlarda nisbətən yaxşılaşa bilmişik. Pley-off mərhələsində bu cür səhvləri təkrarlaya bilmərik. Çünki rəqib fürsət axtarıb dərhal bizi cəzalandıracaq”.
Qeyd edək ki, “Barselona” və “Osasuna” arasında İspaniya superkubokunun yarımfinal oyunu bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda