"Yunayted" futbolçusunu 47 milyon avroya satmaq istəyir
26.06.2025 - 17:33
"Mançester Yunayted"in vingeri Alexandro Qarnaço yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, argentinalı son mövsümdə baş məşqçi Ruben Amorimin rəhbərliyi altında özünü təsdiq edə bilmədi, buna görə də klub gənc oyunçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır.
Məlumata görə, “qırmızı şeytanlar” futbolçu üçün 47 milyon avro və ya daha çox təklif etsələr, onunla ayrılacaqlar.
45 milyon avro dəyərində qiymətləndirilən Qarnaço ilə "Çelsi" və "Napoli" maraqlanır.
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
0
0