"Yunayted" İtaliya klubunun forvardı ilə maraqlanır
23.06.2025 - 15:22
"Yunayted" İtaliya klubunun forvardı ilə maraqlanır

"Fiorentina"da çıxış edən italiyalı hücumçu Moise Kin İngiltərə Premyer Liqasında işləyə bilər.

Apasport.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, 25 yaşlı forvardla “Mançester Yunayted” maraqlanır.

Mənbənin məlumatına görə, Kinin "bənövşəyilər"lə hazırkı müqaviləsi iyulun 1-dən 15-ə kimi qüvvədə olacaq.

Onun müqaviləsinə 52 milyon avroluq sərbəst qalma maddəsi daxildir.

Hücumçu ötən mövsüm Florensiya komandasının heyətində 44 oyuna çıxıb, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.