“Yuventus” Spalletti ilə müqaviləni uzatmaq istəyir
08.01.2026 - 13:53
"Yuventus" rəhbərliyi baş məşqçi Luçano Spallettinin fəaliyyətindən razıdır.
66 yaşlı mütəxəssis 2025-ci ilin oktyabr ayının sonlarında Turin klubunda mövsümün sonuna qədər müqavilə imzalayaraq işə başlayıb.
Apasport.az xəbər verir ki, “qoca sinyora”nın rəhbərləri komandanın son dövrlərdə göstərdiyi irəliləyişdən məmnundurlar.
Yaxın həftələrdə məşqçiyə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan yeni müqavilə təklif ediləcək.
0
0