“Yuventus”un hədəfində 7 futbolçu var
11.10.2023 - 00:49
Qışda “Yuventus”u gücləndirə biləcək futbolçuları adları bəlli olub.
Apasport.az saytı xəbər verir ki, siyahıda yeddi oyunçu var.
Klubun əsas transfer hədəfi “Tottenhem”də çıxış edən Hyer-Emil Hoybyerq olacaq. Bundan başqa, Domeniko Berardi (“Sassuolo”), Lazar Samarciç (“Udineze”), Yusuf Fofana (“Monako”), Manu Kone (“Borussiya” M), Həbib Diarra (“Strasbur”) və Georgi Sudakov (“Şaxtyor”) kimi futbolçular “Yuventus” maraq dairəsinə düşüb.
Qeyd edək ki, “Qoca Sinyora” A seriyasında 8 turdan sonra lider “Milan”dan dörd xal geri qalır.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0