Zirkze “Yunayted”dən ayrılır?
27.08.2026 - 16:29
Zirkze “Yunayted”dən ayrılır?

“Fiorentina” “Mançester Yunayted”in hücumçusu Coşua Zirkze ilə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Mənbənin iddiasına görə, İtaliya klubu 25 yaşlı futbolçunun icarəyə götürülməsi üçün “qırmızı şeytanlar”a təxminən 5 milyon avro təklif edib.

Razılaşmaya oyunçunun sonradan alınması şərtinin də daxil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Zirkze ötən mövsüm “Yunayted”in heyətində çıxış etdiyi 24 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.