Qazaxıstanın Çimkənd şəhərində atletika üzrə XXXV Qosanov Memorialına start verilib.
Apasport.az xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 12 ölkəni təmsil edən 200-dən artıq idmançı iştirak edir.
İlk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən İlahə Quliyeva və Cabir Əliyev uğurlu çıxışla yadda qalıb. 400 metr məsafəyə qaçışda yarışan Quliyeva 55.18 saniyə nəticə ilə 2-ci yeri tutub. Uzunluğa tullanma növündə mübarizə aparan Cabir Əliyevin göstəricisi 7.38 metr olub.
Bu nəticə ilə atletimiz beynəlxalq turnirdə 14 iştirakçı arasında 3-cü olaraq bürünc medal qazanıb.
- Azərbaycan atleti U-18 Avropa çempionatında iştirak edəcək
- Azərbaycanın 10 atleti Balkan çempionatında mübarizə aparacaq
- Atletlərimiz 35-ci Qusman Qosanov Memorialında qüvvəsini sınayacaqlar
- Azərbaycanı Balkan çempionatında 7 atlet təmsil edəcək
- Oloxan Musayev Tunis Qran-prisində gümüş medal qazanıb