Azərbaycan çövkən yığması MDB Oyunlarının qalibi oldu  
07.10.2025 - 12:02
Azərbaycan çövkən yığması MDB Oyunlarının qalibi oldu
 

III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə final matçı baş tutub.
 
Apasport.az xəbər verir ki, Azərbaycan millisi Özbəkistana qalib gələrək (3:0) qızıl medal qazanıb.
 
Xatırladaq ki, dünən üçüncü yer uğrunda görüşdə Qırğızıstan yığması Qazaxıstana qalib gəlib (2:0) və turnirin bürünc medalına sahib çıxıb.
 
Bununla da çövkən yarışlarına yekun vurulmuşdu.