Serbiya idmanında yeni qalmaqal alovlanıb.
Apasport.az saytının məlumatına görə, buna model Natalya Şekiçin verdiyi müsahibə səbəb olub.
O bildirib ki, məşhur tennisçi Novak Cokoviçlə bağlı təklif alıb. Natalyaya dünyanın 1 nömrəli raketkasını yoldan çıxarmaq, sonra da baş verənləri videoya çəkmək qarşılığında yaxşı məbləğ vəd olunub.
Lakin model bundan imtina edib: “Mənə ciddi menecer hesab olunan bir oğlan zəng vurdu və görüşməyimizi istədi. Görüşün işgüzar olacağını zənn etsəm də, o mənə Novakı yoldan çıxarıb, bunu videoya çəkməli olduğumu dedi. Qarşılığında mənə 50-60 min avro və istədiyim yerə səyahət vəd etdi. Onu vurmaq və ya üstünə su tökmək istədim. Amma ictimai yerdə olduğumuzdan özümü saxladım. Təkcə özümə deyil, Novaka görə də üzüldüm. Onu Serbiyada qəhrəman sayırlar. Ümid edirəm ki, həmin menecer Cokoviçə qarşı belə haqsızlıq edəcək başqa qız tapmayıb”.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”