Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
Apasport.az saytının məlumatına görə, mundialın dördüncü günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.
Onlardan Murad Allahverdiyev (81 kq) ilk döyüşünü qələbə ilə başa vurub. Yeniyetmələr arasında Avropa çempionumuz 1/16 final mərhələsi çərçivəsində Domeniko Vingiquerranı (İtaliya) məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).
O, 1/8 final qarşılaşmasında Kaan Aykutsunla (Türkiyə) üz-üzə gələcək. Görüş aprelin 18-də baş tutacaq.
Allahverdiyevdən fərqli, Elmir Novruzov (64 kq) və Cəfər Heydərlinin (75 kq) debütü uğurlu alınmayıb. Onlar müvafiq olaraq, Darian Kastro (Kuba) və Villiam Çolova (Bolqarıstan) uduzublar.
Qeyd edək ki, daha öncə millimizin üzvlərindən Əli Zamanov (52 kq) 1/4, Əzrək Bəbirovla (56 kq) Cəlal Qurbanov (60 kq) 1/8 finala yüksəlib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”