Boks üzrə Azərbaycanın yığması Qazaxıstanın Karaqanda şəhərində keçirilən beynəlxalq turnirə start verib.
Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə mübarizəyə qoşulan milli üzvlərindən üçü yarımfinala yüksəlib.
Komandamızın heyətində 51 çəkidə rinqə çıxan Nicat Hüseynov 1/4 finalda qırğızıstanlı Bael Urustanbayla üz-üzə gəlib. Avropa çempionumuz inamlı çıxış sayəsində yarımfinalda iştirak hüququ qazanıb. Artıq özü üçün ən azı bürünc medalı təmin edən Hüseynov finala gedən yolda kubalı Reyes Romero ilə döyüşəcək.
71 kq çəki dərəcəsində 2 boksçumuz mərhələ adlayıb. Dünya çempionatının mükafatçısı Sərxan Əliyev 1/4 finalda qazaxıstanlı Toperbergen Jertpisbayı məğlub edib. Rəşid Həsənov isə digər ev sahibi Alipaşa Nasirovdan güclü olub. Nəticədə hər iki boksçu yarımfinala vəsiqə əldə etməklə özü üçün ən azı bürünc medalı təmin edib. Təmsilçilərimiz növbəti görüşdə bir-birinə rəqib olacaq.
Onlardan fərqli, 1/4 finalda Ruslan Qədirov (54 kq) Jandaulet Sarsenbayevə (Qazaxıstan), Əzrək Bəbirov (57 kq) isə Rüstəm Şaumenova məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, yarışa Azərbaycan, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək boksçu qatılıb. Turnir dekabrın 21-də başa çatacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib