8 idmançımız Əlcəzairdə yarışacaq
27.02.2024 - 16:21
Azərbaycanın 8 stolüstü tennisçisi Əlcəzairin paytaxtı Əlcəzairdə keçiriləcək dünya seriyalı “WTT Youth Contender” turnirində çıxış edəcək.
Apasport.az xəbər verir ki, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Xədicə Əbilzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova və Yağmur Məmmədli yarışa qatılmaq üçün bu gün Afrika ölkəsinə yollanıblar.
Onlara beynəlxalq turnirdə məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadə rəhbərlik edəcəklər.
Fevralın 28-də startı veriləcək yarışa martın 2-də yekun vurulacaq.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0