Almaniya millisinin AVRO-2020-də iştirak edəcək heyəti müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Yoahim Löv qitə birinciliyinə aparacaq futbolçuların adlarını açıqlayıb.
Təcrübəli mütəxəssis 26 futbolçuya dəvət göndərsə də, turnir öncəsi heyətdə dəyişikliyin olması istisna edilməyib.
Qapıçılar: Manuel Noyer (“Bavariya”), Kevin Trapp (“Ayntraxt”), Bernd Leno (“Arsenal”);
Müdafiəçilər: Antonio Rüdiger (“Çelsi”), Mats Hummels, Əmrə Can (hər ikisi “Borussiya”, Dortmund), Mattias Ginter (“Borussiya”, Mönhenqladbax), Niklas Süle (“Bavariya”), Lukas Klostermann, Marsel Halstenberq (hər ikisi “Leypsiq”), Robin Qosens (“Atalanta”), Robin Kox (“Lids”), Kristian Günter (“Frayburq”);
Yarımmüdafiəçilər: Joşua Kimmix, Serj Qnabri, Leon Qoretska, Camal Musiala (hamısı “Bavariya”), İlkay Gündoğan (“Mançester Siti”), Kay Haverts (“Çelsi”), Toni Kroos (“Real”), Florian Nuhaus (“Borussiya”, Mönhenqladbax);
Hücumçular: Timo Verner (“Çelsi”), Tomas Müller, Leroy Sane (hər ikisi “Bavariya”), Conas Hofmann (“Borussiya”, Mönhenqladbax), Kevin Volland (“Monako”).
Qeyd edək ki, Almaniya millisi AVRO-2020-nin F qrupunda Macarıstan, Portuqaliya və Fransa ilə mübarizə aparacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”