2020-ci il ərzində 24 antidopinq qayda pozuntusu üzrə araşdırma aparılıb.
Apasport.az saytının məlumatına görə, bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli açıqlayıb.
O, ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, bunlardan 11-i ilə bağlı qərar verilib, 13-ü ilə bağlı araşdırma davam edir. Bu qayda pozuntuları 11 idman növü üzrə qeydə alınıb.
10 dəfə idmançıya məkanın məlumatlandırılmaması, 11 dəfə testin buraxılmasına görə xəbərdarlıq olunub.
İl ərzində boksda 4, ağır atletika, cüdo, taekvondo, karatedə 3, velosiped idmanı, güləşdə 2, futbol, paracüdo, atletika və samboda 1 nəfərə qayda pozuntusuna yol verib.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”