Avropa çempionatına 17 idmançı ilə yollanacaq - yığmamız
28.01.2021 - 16:51
Avropa çempionatına 17 idmançı ilə yollanacaq - yığmamız

Rusiyanın Soçi şəhərində keçiriləcək tramplin və tamblinq üzrə Avropa çempionatında iştirak edəcək ölkələrin siyahısı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, aprelin 29-dan mayın 2-dək keçiriləcək yarışda 26 ölkəni təmsil edən 528 gimnast qüvvəsini sınayacaq.

Onlardan 232-si böyük, 296-sı gənclərdir. Azərbaycan millisi də çempionatda iştirak edəcək.

Təmsilçilərimizdən 9-u tramplində bacarığını göstərəcək. Tamblinqdə isə 8 gimnastımız mübarizə aparacaq.