Sabah Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.
Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq.
Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib və yığma üzvlərinin ilk rəqibləri müəyyənləşib.
57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan)
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Viktor Lizen (Almaniya)
65 kq
1/8 final: Əli Rəhimzadə - Gevorq Tadevosyan (Ermənistan)
70 kq
Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya)
74 kq
1/16 final: Əşrəf Aşırov – Fazlı Eryılmaz (Türkiyə)
79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa)
86 kq
1/8 final: Hacımurad Məhəmmədsəidov – Artur Nayfonov (Rusiya)
92 kq
1/8 final: Osman Nurməhəmmədov – Robin Ferdinand (Almaniya)
97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya)
Qeyd edək ki, sabah 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start veriləcək. Digər çəkidə güləşənlər isə növbəti gün xalça üzərinə çıxacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”