Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya çempionatında yarımfinalçıların tam siyahısı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bununla da mundialda mükafatı təmin edən idmançıların adları müəyyənləşib.
Oğlanların mübarizəsində 10 dəst mükafat 17 ölkə boksçuları arasında sahibini tapacaq. Bunlar arasında Azərbaycan da var.
49 kq çəki dərəcəsində çıxış edən Azərbaycan millisinin üzvü Nicat Hüseynov yarımfinalçılar siyahısında yer alıb. Ölkəmiz oğlanların yarışındakı ümumi medal sayında 8-17-ci yerləri bölüşən 10 yığmadan biridir.
Cədvələ isə Rusiya başçılıq edir – 7 medal. Qazaxıstan və Ukraynanın hərəsinin 5 mükafatı var.
1. Rusiya - 7
2-3. Qazaxıstan, Ukrayna – 5
4-5. Hindistan, Özbəkistan – 4
6. Kuba - 3
7. Bolqarıstan – 2
8-17. Azərbaycan, Ermənistan, Kolumbiya, Macarıstan, İtaliya, Yaponiya, Qırğızıstan, Monteneqro, Monqolustan, Polşa – 1
Qeyd edək ki, dünya birinciliyinə 50 ölkədən 274 oğlan boksçu qatılıb. Yarış aprelin 23-də başa çatacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”